Ukraynanın aparıcı saytlarından biri olan Ukrinformda belə bir informasiyaya rast gəldim ki, Belçika Krallığının Hökumətinin müvafiq sərəncamı ilə Belçika İnkişaf Agentliyi (Enabel) vasitəsilə Ukraynaya texniki yardım göstəriləcək.
Məlumatda o da deyilir ki, “Belçika Ukraynanın bərpasına dəstək proqramı çərçivəsində (BE-Relieve Ukrayna Proqramı) enerji və sənaye, habelə tibb sahəsində dağıntıların təmizlənməsi və yenidənqurma işlərinin aparılması məqsədilə bu ölkəyə 150 milyon avro məbləğində vəsait ayırıb. Yaxın müddət ərzində bu vəsaitin Ukraynaya çatacağı gözlənilir”.
Olduqca vacib olan bir nüansı qeyd edək ki, Belçika hökuməti bu vəsaiti Rusiyanın ölkədəki dondurulmuş aktivlərindən əldə edilən gəlir hesabına qazanıb. Ukraynaya yardım proqramı adı altında ayrılan vəsait nə Belçika xalqının cibindən, nə də Belçika hökümətinin büdcəsindəndir. Sağ əldən alıb, sol ələ vermək də böyük hünərdir. Hər halda yardım, yardımdır. Maraqlı olan odur ki, görəsən digər ölkələr də bu Belçika taktikasından yararlanırlar?
İlahə BAYINDIR