ElAZ.İNFO xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko İslamabadda cümə namazı vaxtı məsciddə törədilən terror aktı ilə əlaqədar Pakistan rəhbərliyinə başsağlığı ünvanlayıb. Hadisə nəticəsində çox sayda dinc sakinin həlak olması və yaralanması Belarus xalqı tərəfindən dərin kədərlə qarşılanıb.
Pakistan Prezidenti Asif Əli Zərdariyə göndərilən məktubda Lukaşenko cinayətkarların layiqli cəza alacağına əminliyini ifadə edib: Əminəm ki, bu dəhşətli cinayətdə günahkar olan hər kəs əməlinə görə müvafiq cəzasını alacaq.
Pakistanın Baş naziri Şahbaz Şərifə ünvanlanan müraciətdə isə rəsmi Miskin terrorizmin və dini ekstremizmin bütün formalarına qarşı mübarizədə İslamabadla tam həmrəy olduğu vurğulanıb. Belarus lideri həlak olanların yaxınlarına səbir, yaralılara isə tezliklə şəfa diləyib.
Hadisənin təfərrüatı: Fevralın 6-da İslamabadın kənarında yerləşən şiə məscidinin girişində kamikadze tərəfindən törədilən partlayış nəticəsində azı 31 nəfər həyatını itirib, 169-dan çox insan isə yaralanıb. Terrorçu məscidə daxil olmaq istəyərkən saxlanıldığı an partlayıcı qurğunu işə salıb.
Ruslan MƏMMƏDOV