İnsanlıq, insanın mənəvi dünyasının ruhi zənginliyinin əksidir.
İnsanlıq, insan ruhunun həyati qayğılarının diriliyidir.
İnsanlıq, bəşəri düçüncənin fikir kamilliyinin zirvəsidir.
Hüseynova Bela Zəngibasarlının lirikasının həyati-ruhi gözəlliyi,özünün idraki-ruhi düçüncədəki üstünlüyü ilə seçilir. Şairənin lirikasının həyati psixolojisi daima insanın mənəvi aləminin gözəlliyini ortaya qoyur.
…
Qorxu alır ürəyimi,
Gözdə qoyur diləyimi.
Puç eyləyir istəyimi,
Tandıqca insanları!
….
İnsaları tanımaq, insanın öz idraki həyat qayğılarını azaldır.
Insanın özünə qayıdışı, onun Yaradana olan etiqadını gücləndirir.
Həyati sıxıntıların mənəvi həlli, insan kamalının rişələrini üzə çıxardır.
Bela Zəngibasarlı nın lirikasının həyat ruhunda insan ruhunun həyata şüurlu münasibəti var.
..
Hey bulanıb süzülürəm,
Sıra-sıra düzülürəm.
Mən getdikcə üzülürəm,
Tanıdıqca insanları!
..
Zamanın həyat dəyişimi, insanlığın həyat dəyərini anlamaqdan keçir.
Keçmişlə indinin uzlaşısı, həyatın məğzinin gələcəyə daşınmasına vəsilədir.
Həyat yolunun şəffaf olması, insanın mənəvi aləminin gözəlliyini əks etdirir.
Bela Zəngibasarlının lirikası düşündürücü həyat ruhu ilə insanın fikir mübadiləsini həyata bağlayır.
…
Bu nə dövran, bu nə zaman?
Kimsə, kimə vermir aman.
Vallah, olur halım yaman,
Tanıdıqca insanları!
…
Hiylə və yalan, insanlığın həyat çöküşünü yaradır.
Insanın insana inamını itirməsi, həyatın tarazlığını pozur.
Doğru yola yönəlməkdən uzaqlaşma insanlıq adına görülən işlərin məntiqi nəticəsini heçə endirir.
Bela Zəngibasarlının Söz dünyasının fikir açarı, insanın könül yaşantısını üzə çıxardır.
..
Kim aldanır, kim aldadır?
Aldanan gör, nə haldadır?
Şirin ağzım acı dadır,
Tanıdıqca insanları!
..
Insanın həyat psixolojisi, onun şəxsiyyətinin həyat aydınlığını göstərir.
Insan hisslərinin həyat dolğunluğu, daima insanın yaşam döngüsünün təhlilidir.
Qəlbi ilə zəkasının həyat işığı, insanı bəşəri varlıq kimi fərqləndirir.
Bela Zəngibasarlı nın Söz dünyası, insanlığın həyat dərdlərinin metaforasını bəlli edir.
…
Min sifəti,saxta üzü,
Eşitdikcə yalan Sözü.
Utanıram, Sözün düzü,
Tanıdıqca insanları!
..
Həyati hikmətin ecazkarlığı, insanın könül sevgisinin hədəfini ortaya qoyur.
Insanlığın həyat zirvəsini yaradan, onun həyat fitrətinə uyğun əməllərinin vəhdətidir.
Sevgi duyğsu ilə həyati gerçəkliyin tablosunu yaratmaq, həyatın məğzini üzə çıxardır.
Bela Zəngibasarlı nın lirikasının həyati duyğusallığı insanın yaşam tərzininin səmimiliyini aydına çıxarır. Şairənin poeziyasının ictimai həyat xarakteri daima həyatın sillabik məntiqini anlamağa kömək edir.
Nəsib ABİD