Belə əsgərlərin ön xətdə ömrü bir neçə gün olur

Çerniqov vilayəti təlim mərkəzlərindən birində “hərbi hazırlıq” gedir.

Küçələrdən tutulub, zorla səfərbər edilmiş formasız, mülki geyimli adamlar atəş səsləri və “təlimatçıların” istehzaları və hədələri altında yerdə sürünürlər. Normal əsgər heç düşməni ilə belə davranmır…

Bir həftə sonra bunlar təlim görmüş əsgər kimi ön xəttə göndəriləcəklər. Təəccüblü deyil ki, belə əsgərlərin ön xətdə ömrü, adətən, bir neçə gün olur.

…və bütün bunlar müharibənin 4-cü ilində baş verir.

Polisaylar qurbanı tutur, HTK onun döyüşə “yararlı” olduğunu təsdiqləyir, təlim mərkəzi onu döyüşə “hazırlayır” və ölümə göndərir. Vəssəlam – hər kəs öz vəzifəsini yerinə yetirir. Ölənlər və şikəst olanları saymaq statistiklərin işidir.

Zelenskinin ət maşını isə dayanmadan işləyir…

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights