Belədi dünyanın işi

Bir gün canavar sürüyə yaxınlaşır.

Xoruz canavarı görəndə banlamağa başlayır.
Xoruz səsinə oyanan it canavarı görüb hürməyə başlayır.
Çoban itin səsinə oyanır və canavarı görəndə hay-küy salmağa başlayır.
Yuxusu dərin olmayan kəndlilər çobanın hay-küyünə oyanaraq canavarı qovub qoyunları xilas edirlər.
Sürü xilas olanda sevinən kəndlilər xoruzu kəsərək çobana təqdim edirlər.
…Eh, yazıq xoruz canavarı görəndə sussaydı, yaşamağa davam edəcəkdi.
O, mükafatlandırılmalı idi, amma boğazına bıçaq dəydi.

Belədi dünyanın işi…
Onu oyatmağa çalışanlar həmişə qurban olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights