Bazarlarda bolluqdur…

Artıq yaz fəslidir -kənd təsərrüfatı məhsullarının bar vermə zamanıdır. Təsərrüfatlardan əldə edilən məhsul bazara -alıcalara təklif olunur.

Əməkdaşımız Ruslan Məmmədov bu gün Şirvan şəhəri Elit Ticarət Mərkəzinin kolxoz bazarında qiymətlər mübadiləsində araşdırma aparıb. Satıcılarla, eləcə də alıcılarla həmsöhbət olub.

Alma 3. 3,5 azn, naringi 3 azn, ərik 4 azn, şaftalı 4.5azn, gilas 4-10 azn arasında dəyişir. Gilənar 3 azn, banan 3 azn, armud 3 manatla 4 manat arası dəyişir.
Çiyələk 4,5azn, xiyar 0,70 azn, pomidor 1-2azn arası, lobya 2 azn, badımcan 3 azn, yerli bibər 3 azn, bolqar sortlu bibər 4 azn, acı bibər 3,5 azn, sarımsaq 5 azn kələm 1 azn, kök 1azn, çuğundur 1.5azn, kartof 1.2 azn, soğan 0,8 azn, göyərti 0,20 azn, göbələk 4 azn, limon 0.50 azn, İran qarpızı 3 azn, qarğıdalı 1,5 azn, qara tut 2azn, ağ tut 2.5 azn-dir.
Ümumilikdə, bazarda bolluqdur. Satıcıların dediyinə görə, bazarın təlabatını təxminən 90 faizini, bəlkə də bir az artığını yerli fermerlər təmin edir. Demək olar ki, banan ananas və az hallarda limondan başqa bazarda xarici mal görə bilməzsən. Bu da iqtisadiyyatın inkişafıdır.

Satıcılar bazarın təmizliyindən, genişliyindən və hər cür onlara şərait yaradılmasından razıdırlar.

Alıcılar isə bir az qiymət büdcəyə uyğun olmadığını, xüsusiləə nübar məhsullarının “əl yandıran” qiymət olduğunu dedilər.

Ruslan MƏMMƏDOV

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights