ELAZ.İNFO, BAKI, 14.05.2025.
ELAZ.İNFO xəbər verir ki, 1918-ci il mayın 14-də Osmanlı (Türkiyə) ədliyyə naziri və xarici işlər naziri vəzifələrini icra edən Xəlil Menteşe Bakı istiqamətində hərəkət edən ingilis ordusuna qarşı Osmanlı qoşunlarının Transqafqaza buraxılması haqqında Zaqafqaziya seyminə nota verdi.
Eyni zamanda da Azərbaycan nümayəndələri Bakı Xalq Komissarları Sovet qoşunlarının Gəncə istiqamətində hərəkət etməsinin qarşısını almaq üçün türk qoşunlarının Tranqafqaz ərazisindən keçməsinə razılıq verilməsini tələb etdilər.
O vaxt Batum konfransı nümayəndələri arasında fikir ayrılığı olmasına baxmayaraq, Türkiyə (Osmanlı) qoşun hissələri Transqafqaza daxil ola bildi.
Əli İBRAHİMOV