Baş Qərargah rəisi Qəzzada əməliyyatı genişləndirməyi əmr edib

ELAZ.İNFO, BAKI, 02.06.2025.

ELAZ.İNFO xəbər verir ki,İsrail ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir Qəzza zolağının güney bölgəsinə səfər edib və burada əməliyyat müşavirəsi keçirib.

Elaz.info Ynetə istinadən  xəbər verir ki, Zamir hərbi əməliyyatların həm güneydə, həm də zolağın quzeyində əlavə ərazilərə genişləndirilməsi əmrini verib.

Onun sözlərinə görə, girovların qaytarılması və “HƏMAS”ın qəti məğlubiyyəti üçün şərait yaradılana qədər hərbi əməliyyatların intensivliyi artmalıdır.

Bundan əlavə, Baş Qərargah rəisi anklavda humanitar yardımın paylanması üçün əlavə mərkəzlərin yerləşdirilməsi barədə göstəriş verib:

“Biz İsrail mülki şəxslərini qorumaq üçün əməliyyat həyata keçiririk. Məqsəd müdafiədir, üsul hücumdur”.

Elaz.info

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights