Baş Nazir Gürcüstana Gedir

ELAZ.İNFO xəbər verir ki, oktyabrın 22-i və 23-ü tarixlərində Tbilisidə V İpək Yolu Forumu keçiriləcək.

Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin məlumatına görə bu forumda Azərbaycanı baş nazir Əli Əsədov, Ermənistanı isə baş nazir Nikol Paşinyan təmsil edəcək.

Foruma yüksək vəzifəli siyasi xadimlər, biznes sektorun və beynəlxalq təşkilatların nümayəndələri, region ölkələrinin baş nazirləri və baş nazir müavinləri, eləcə də regiondan kənar ölkələrin nazirləri, aparıcı qlobal şirkətlər, beynəlxalq maliyyə institutları və beynəlxalq ekspertlər qatılacaq.

Tədbiri Gürcüstanın hökumət başçısı İrakli Kobaxidze açacaq.

Məlumat üçün bildirək ki, forumda 2000-ə yaxın nümayəndə iştirak edəcək.

Günel GÜNTAC

Bizimlə oxuyun
Verified by MonsterInsights