Dünyaya gözəlliyi ilə meydan oxuyan Monika Belluççi deyir ki, “ilk övladımı 40 yaşımda dünyaya gətirdim. İkincisini 45 yaşında. 50 yaşımda Ceyms Bond filmini çəkdim. Xeyr, bu anların heç birini 20 yaşımda olan zamanla dəyişdirməzdim”.
Ömrünün hər anının qiymətli bilən aktrisa söyləyir ki, “gənclərin cazibədar bir xasiyyəti var-fransızların dediyi kimi, “gözəl həyat”- kobud, instinktiv, demək olar ki, vəhşi gözəllik”.
Monika Belluçinin bu fikri ilə şərikəm. Ömrün o dövrünü tələsərək adlayan, o anların dəyərini bilməyən birisi olaraq qeyd etməliyəm ki, o aləm bütünlükdə gəncləri sərməst eləyir, xəyali bir dünyaya doğru götürür. Olmayan bir dünyaya.
Sonunda Monika qətiyyətlə bildirir ki, “50 yaşında başqa bir şey doğulur. Qışqırmayan, əksinə meydan oxuyan bir gözəllik növü. Nə təsdiq, nə alqış istəyir, nə də güzgü qarşısında əyilir. İçəridən gələn sakit qüvvə. Və bu gücdür… bunun bədənlə heç bir əlaqəsi yoxdur. Tamamilə itirilənlərin və tapılanların müdrikliyi ilə azadlıqdan bəhs edir. O tamamilə azadlıqla əlaqəlidir. Tamaşaçı olmadan tam olmağı öyrənənlərin özünə olan sevgisi ilə”.
Gözəl səslənir bu fikirlər. İnsan həqiqətən hər yaşda özü olmalıdır, içində olan tamlığın, bütünləşməyin dəyərini bilməlidir. Necə dəyərlər, illər insana tamlıq, bütünlük, kamillik gətirir.
Günel GÜNTAC