ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak Qətərin paytaxtı Dohada keçirilən “Yeni Suriyanın bir ili: Tərəqqi, Fürsətlər və Çətinliklərin Qiymətləndirilməsi” panelində çıxış edib.
ELAZ.İNFO xəbər verir ki, Barak Qəzzada ən əhəmiyyətli nailiyyətin HƏMAS və İsrail arasında atəşkəs və girovların geri qaytarılması olduğunu bildirərək, Türkiyənin bu məsələdəki rolunu vurğuladı. ABŞ səfiri Barak bildirib ki, “Əgər HƏMAS ilə dialoqu davam etdirdiyinə görə tənqid olunan Türkiyə müdaxilə etməsəydi, bu gün olduğumuz yerdə olmazdıq.”
Tom Barak həmçinin Qətərin müdaxiləsi olmadan atəşkəsin əldə olunmayacağını bildirərək, Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Taninin HƏMAS ilə dialoqu davam etdirməkdə ən vacib şəxs olduğunu bildirib.
Günel GÜNTAC