ELAZ.İNFO xəbər verir ki, Moskva vilayətinin Putilkovo qəsəbəsində qeyri-adi cinayət hadisəsi baş verib. Naməlum şəxs bank filiallarından birində yerləşən bankomatı partladaraq ərazidən uzaqlaşıb.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, insident Putilkovonun Volnaya küçəsində qeydə alınıb: Naməlum şəxs bank bölməsindəki bankomatı partladıb. İlkin məlumatlara görə, partlayış nəticəsində xəsarət alan olmayıb. Şübhəli şəxs hadisə yerindən dərhal qaçaraq gizlənib.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Mütəxəssislər partlayışın növünü və banka dəyən ziyanın miqdarını müəyyənləşdirirlər. Həmçinin, cinayətkarın şəxsiyyətinin müəyyən edilməsi üçün bankın müşahidə kameralarının görüntüləri araşdırılır.
Ruslan MƏMMƏDOV