ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin may ayında “Bank Melli İran”ın Bakı filialında yoxlamalara başlamışdı. Həmin müddətdən valyuta əməliyyatları istisna olmaqla, digər əməliyyatlar məhdudlaşdırılmışdı. “Mehr” agentliyi İran Milli Bankının Bakı filialının fəaliyyətə başlaması, prezident Məsud Pezeşkianın Bakıya səfərinin iqtisadi nəticələrindən biri kimi diqqət çəkmişdi.
Qeyd edək ki, bankın Bakı filialı aprelin 29-dan fəaliyyətini bərpa edib.
Qərbin Rusiya və İrana qarşı sanksiyalarına qoşulmayan Azərbaycan həmçinin öz mənafeləri baxımından qadağaların pozulmasına da imkan vermir.
Natəvan BƏYDİLİ