Bank of America qızılla bağlı xəbərdarlıq edir: Müharibə böyüyə bilər, amma…
ELAZ.İNFO xəbər verir ki, Bank of America (BofA) analitiklərinin fikrincə, qızıl ənənəvi olaraq böhran dövründə təhlükəsiz sığınacaq kimi görünsə də, təkcə geosiyasi gərginlik uzunmüddətli qiymət artımını dəstəkləmir.
Bank yaxın 12 ayda qızılın unsiyasının 4000 dollara çata biləcəyini proqnozlaşdırır.
MÜHARİBƏLƏR DEYİL, MALİYYƏ RİSKLƏRİ HƏLLİ OLUNUR
İsrailin İrana hava hücumları ilə başlayan gərginlikdən sonra qızıl qiymətləri son bir həftədə 2 faiz ucuzlaşıb. ABŞ-ın B-2 gizli bombardmançıları ilə İranın nüvə obyektlərini vurmasından sonra qızıl da ucuzlaşıb. BofA-nın dərc etdiyi təhlildə bu enişlərin davamlı olmasının əsas səbəbinin maliyyə göstəriciləri olduğu bildirilib.
Bank “İsrail və İran arasında müharibə böyüyə bilər, lakin münaqişələr ümumiyyətlə daimi artım səbəbi deyil. ABŞ-da büdcə kəsiri ilə bağlı inkişaflar daha kritik olacaq” kimi qiymətləndirməni paylaşıb.
İlahə BAYINDIR
