Bu bədbəxt hadisə iyul ayının 19-da Masallı rayonunun Şərəfə kəndində baş verib.
ELAZ.İNFO xəbər verir ki, yaşadıqları evin yaxınlığındakı kanala balıq tutmaq üçün yollanan qardaşlardan biri – 20 yaşlı İbad Güloğlan oğlu Əliyev kanala düşərək boğulub. İbad Əliyevin qardaşı Ramin Güloğlan oğlu Əliyev qardaşını xilas edə bilməyib.
Hadisə ilə bağlı Masallı rayon Prokurorluğunda cinayət işi açılıb.
İlahə BAYINDIR
