ELAZ.İNFO xəbər verir ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik jurnalistlərin sualını cavablandırarkən bildirib ki, Azərbaycan Yaxın Şərq regionunda mühüm rol oynayır
“Mən Azərbaycana danışıqların keçirilməsi üçün məkan təmin etdiyinə görə təşəkkür etmək istəyirəm. Azərbaycan Türkiyə və İsrailin yaxınlaşmasında mühüm və əsas rol oynayıb. Bakı həmçinin Yaxın Şərqin digər regional məsələlərində, o cümlədən Suriya ilə bağlı da mühüm rol oynayır”. Azərbaycanın İbrahim sazişlərində, İsrailin digər ölkələrlə vasitəçiliyində və danışıqlarında iştirakı, Bakının regionda inkişaf etdirdiyi nüfuzu və tərəflər arasında münasibətləri yaxşılaşdırdığını simvolizə edir.-deyə səfir bildirib.
AYDAN