Bakıda strateji görüş

Bakıda Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlərin yeni mərhələsini müəyyən edən tarixi əhəmiyyətli görüş keçirilib. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası çərçivəsində iki ölkənin gələcək inkişaf tempini tənzimləyəcək mühüm sənədlər imzalanıb.

ELAZ.İNFO xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazın həmsədrliyi ilə keçən iclasın əsas diqqət mərkəzində prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən qarşıya qoyulmuş 15 milyard dollarlıq illik ticarət dövriyyəsi hədəfi olub.İclasda ən mühüm yeniliklərdən biri 110 maddədən ibarət yeni Fəaliyyət Planının təsdiqlənməsidir. Baş nazir Əli Əsədov qeyd edib ki, əvvəlki (2024-cü il) planın 78%-i artıq uğurla icra edilib. Yeni yol xəritəsi aşağıdakı strateji sahələri əhatə edir:Gömrük prosedurlarının sadələşdirilməsi və maneələrin aradan qaldırılması.Orta Dəhliz”in (Middle Corridor) potensialının artırılması və yaşıl enerji layihələri.Birgə texnoloji mərkəzlərin və tibb müəssisələrinin qurulması.Müasir texnologiyaların tətbiqi və ixrac potensialının genişləndirilməsi.23 dekabr tarixində Bakıda keçiriləcək II Azərbaycan-Türkiyə İnvestisiya Forumu olacaq. Bu forumda hər iki ölkədən yüzlərlə iş adamı bir araya gələrək konkret layihələrə (xüsusilə işğaldan azad edilmiş ərazilərdəki bərpa işlərinə) investisiya qoyuluşunu müzakirə edəcəklər.

Bizimlə oxuyun
Verified by MonsterInsights