Bakıda qeyri-rəsmi nikahda olduğu qadını daşla öldürən şəxsə HÖKM OXUNDU

ELAZ.İNFO xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə qeyri-rəsmi münasibətdə olduğu, 33 yaşlı Elnarə İbrahimovanı xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən İgid Rəcəbzadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Məhkəmə kollegiyasının hökmü ilə İgid Rəcəbzadə 17 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxs üçün 19 il həbs cəzası istəmişdi. 2024-cü il dekabrın 17-də Sabunçu rayonu ərazisində baş verib. Araşdırmalarla məlum olub ki, 29 yaşlı İgid Rəcəbzadə aralarında yaranmış mübahisə zamanı qadının baş nahiyəsinə daş parçası ilə xəsarət yetirərək onu qəsdən öldürüb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi açılmışdı.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights