Bakıda magistral su kəməri yenilənir

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bildirir ki, Bakı Sukanal İdarəsinin istismarında olan Binəqədi rayonu, Palçıqlı dağ adlanan ərazidən keçən diametri 1220 millimetr olan BSK 2 (Sol) magistral su kəmərinin 3400 paqon metrlik hissəsi uzun müddət istismar olunması səbəbindən qəzalı vəziyyətə düşdüyü üçün, magistral kəmərin qəzalı hissəsinin dəyişdirilməsi məqsədilə uzunluğu 560 paqon metr olan polad borunun 200 paqon metrlik hissəsi inşa olunub.

Hal- hazırda H.Z.Tağıyev qəsəbəsi ərazisində keçən uzunluğu 60 paqon metr hissəsi və Palçıqlı dağ ərazisindən keçən uzunluğu 300 paqon metr hissəsinin dəyişdirilməsi həyata keçirilir.

Aparılan yenidənqurma işləri, abonentlərin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Esmira RƏHİMOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights