Bakıda Biznes Mərkəzində partlayış

ELAZ.İNFO xəbər verir ki, bu gün saat 09:00 radələrində Bakıda Biznes Mərkəzində partlayış baş verib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektinə təcili yardım maşınları göndərib.
Bu barədə TƏBİB-dən məlumat verilib.
5 nəfərə (2-si kişi, 3-ü qadın olmaqla) yerində ilkin tibbi yardım göstərilib və onlar müştərək travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Partlayış “AFEN Plaza” biznes mərkəzində baş verib.

Aydan

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights