Tarix canlanır: Abşeronda qədim yaşayış məskəni aşkar edilib.Abşeron yarımadasında aparılan qazıntı işləri zamanı tarixçiləri təəccübləndirən tapıntılar üzə çıxıb.
ELAZ.INFO xəbər verir ki, kəndlərdən birində həyətyanı sahədə aparılan qazıntı zamanı orta əsrlərə aid olduğu ehtimal edilən saxsı qablar və qədim metal pullar tapılıb. Arxeoloqlar ərazidə genişmiqyaslı tədqiqatlara başlayıblar. İlkin rəylərə görə, bu tapıntılar Bakı kəndlərinin qədim ticarət yolları üzərində mühüm strateji nöqtə olduğunu bir daha sübut edir.
Ruslan MƏMMƏDOV


