ELAZ.İNFO xəbər verir ki, martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edərək geniş məzmunlu proqramla çıxış edib.
Prezident İlham Əliyevin Çıxışından Əsas Məqamlar: İxrac Coğrafiyası Genişlənir: Azərbaycan qazını istehlak edən ölkələrin sayı 12-dən 16-ya çatıb. Hazırda Aİ-nin 10 üzv dövləti Azərbaycandan qaz alır. İlk Dəfə Suriyaya Qaz Tədarükü: Azərbaycan ilk dəfə olaraq regionun enerji təhlükəsizliyinə töhfə vermək məqsədilə Suriyaya 1,5 milyard kubmetr qaz göndərməyə başlayıb. Yeni Yataqlar İşə Düşür:
Cari ildə Azəri-Çıraq-Günəşli nin dərin qaz laylarından hasilat başlanacaq. 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi və “Abşeron” yatağının tammiqyaslı işlənməsi gözlənilir. Bu, əlavə 10-15 milyard kubmetr qaz deməkdir. Yaşıl Enerji Hədəfləri: 2032-ci ilə qədər bərpaolunan mənbələrdən 6-8 giqavat elektrik enerjisi əldə edilməsi planlaşdırılır. Azərbaycandan Avropaya və Mərkəzi Asiyadan Azərbaycana çəkiləcək sualtı enerji kabelləri üzərində işlər davam edir.
Aİ-nin enerji komissarı Dan Yorqensen Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki əvəzsiz rolunu rəqəmlərlə ifadə edib: Rusiya Qazından Asılılıq Azalır: 2022-ci ildə Aİ-nin idxalında Rusiya qazı 45% idisə, 2025-ci ildə bu rəqəm 12%-ə düşüb. İxrac Gəlirləri: Azərbaycan 2024-cü ildə qaz ixracından təxminən 24 milyard avro qazanıb. Strateji Sütun: Azərbaycan qazı Aİ-nin enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacaq. İclasda 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və 49 nəhəng enerji şirkəti iştirak edib. Bu, Bakının qlobal enerji arxitekturasında həlledici rolunu bir daha təsdiqləyir.
Ruslan MƏMMƏDOV