ELAZ.İNFO xəbər verir ki, bu gün Bağanis Ayrım qətliamının 35-ci ildönümüdür. 1990-cı il martın 24-də erməni silahlı dəstələri Qazax rayonunun Bağanis Ayrım kəndinə hücum edərək, dinc əhalini amansızcasına qətlə yetirdilər. Bu qanlı faciədə azərbaycanlı ailələr evlərində diri-diri yandırıldı, insanlar işgəncələrə məruz qaldı, kənd tamamilə dağıdıldı.
Bağanis Ayrım qətliamı ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi ilk terror aktlarından biri olsa da, sonuncu olmadı. Lakin ədalət bərpa olundu, Vətən müharibəsində torpaqlarımızın böyük hissəsi azad edildi və Azərbaycan xalqı düşməndən qisasını aldı.
Bu faciəni unutmaq olmaz!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Əli İBRAHİMOV