“Babamın papağı, nənəmin kələğayısı”

14 Aprel, ELAZ.İNFO

“Elm və Təhsil” nəşriyyatında “Babamın papağı, nənəmin kələğayısı” adlı kitab “Mirvari Dilbazi Poeziya Məclisinin təşəbbüsü və dəstəyi ilə işıq üzü gördü. Haqqında bəhs etdiyimiz bu kitab İctimai Birliyin təşəbbüsü ilə dərc edilən sayca altıncı kitabdır.

“Babamın papağı, nənəmin kəlağayısı” kitabının redaktoru araşdırmaçı yazar, ədəbi təhlilçi, publisist Vaqif Osmanlı, təşəbbüs göstərəni, toplayanı, tərtib edəni, ön söz müəllifi Güllü Eldar Tomarlıdı.
Kitabdakı bədii nümunələrdə, məqalələrdə papağın, kəlağayının tarixi, istehsal prosesi, mərkəzləri, papağın, kəlağayının ayrı-ayrı formaları, naxış və ornamentlərin dili və ötürdüyü zəngin informasiya haqqında bilgilər verilmişdir.

Kitabda söz adamlarının ulu Türk xanımlarının yaraşığına yaraşıq verən yeni yazılmış ədəbiyyat nümunələri barədə məqalələr toplanmışdır. Eyni zamanda qorxmazlığı, cəsarəti tarixlərə səs salan, imperiyalar yaradan qəhrəmanlıq səhifələri yazan Türk kişisinin milli baş geyimini- papağı tərənnüm edən şeirlər, hekayələr, araşdırmalar, publisistik məqalələr də yer almışdır. Milli dəyərlərimiz mənəvi gücümüzdür, deyən müəllif yazır:

Mən papaq deyəndə ata yurduna
Sonsuz sədaqəti salıram yada.
Ana bacılara ar vəfasını,
Namusu, qeyrəti salıram yada.
*
Ruhu kəhkəşandır, könlü pak saray,
Divlər diz qatlayar çəkdikcə haray,
Başında kəlağay, sinəsində Ay,
Bu gələn Türkümün öz anasıdır.

Mirvarid Dilbazi Poeziya Məclisi əbədi yaşar ədəbiyyayımızla bərabər qədimliyimizi, milli-mənəvi, əxlaqi, dəyərlərimizi hər zaman təbliğ edir.

Qeyd etmək istəyirəm ki, eyni mövzuda beş kitabı işıq üzü görüb, kəlağayı haqqında sanki, ədəbiyyat yaradıbdır. Deyərdim ki, bölgələrdə, ümumtəhsil və ali məktəblərində müxtəlif tədbirlər, sərgilər, festivallar keçirir, bu iş bu gün də davam edir.

“Babamın papağı, nənəmin kəlağayısı” kitabı tam orta məktəb şagirdlərindən və tələbələrindən ibarət geniş auditoriya üçün, nəzərdə tutulmuşdu və ümümrespublika kitabxanalarına, eyni zamanda məktəb kitabxanalarına təqdim olunacaqdır.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə yeni kitabın ilk təqdimatı Bakıda və davamlı olaraq digər bölgələrimizdə keçiriləcəkdir.

Esmira RƏHİMOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights