Babalardan qalan hər şey…

ELAZ.İNFO xəbər verir ki, elm dünyası artıq qəbul edir: Biz sadəcə valideynlərimizdən göz rəngini və ya boyumuzu miras almırıq. Epigenetika adlanan yeni elm sahəsi sübut edir ki, babalarımızın yaşadığı qorxular, yediyi qidalar və hətta etdiyi seçimlər bir “kod” şəklində bizim DNT-mizə həkk olunur. Bu, taleyimizin sadəcə təsadüf deyil, əsrlər boyu yazılan gizli bir proqram olduğunu göstərir.

DNT-dəki “Ruh” yaddaşı Alimlər tərəfindən aparılan laboratoriya təcrübələri şok nəticələr verib. Məsələn, bir siçana müəyyən bir qoxu ilə birlikdə elektrik şoku verildikdə, həmin siçan o qoxudan qorxmağa başlayır. Heyrətamiz olan isə budur ki, həmin siçanın heç vaxt elektrik şoku görməyən balaları və hətta nəvələri də həmin qoxunu duyduqda eyni qorxunu yaşayırlar. Bu, qorxu və travmanın genetik yaddaşla nəsildən-nəslə ötürüldüyünün birbaşa sübutudur. İnsanlarda da depressiya, həyəcan və ya bəzi xüsusi qabiliyyətlərin kökündə məhz bu gizli kodlar dayanır. Taleyi dəyişmək mümkündürmü? Əvvəllər elə hesab olunurdu ki, DNT dəyişməzdir. Lakin indi məlum olur ki, bizim həyat tərzimiz, mənəvi vəziyyətimiz və ətraf mühitimiz həmin genlərin “açarlarını” ya açır, ya da bağlayır. Yəni bizə miras qalan “xəstəlik və ya bədbəxtlik kodu”nu öz iradəmizlə söndürmək mümkündür. Dinlərin “tövbə” və “mənəvi təmizlənmə” adlandırdığı prosesin elmi qarşılığı əslində genetik kodların təmizlənməsi və yenidən proqramlaşdırılmasıdır. Sözlərin genetik gücü Rus alimi Pyotr Qaryayev DNT-nin sadəcə bioloji deyil, həm də dalğa xüsusiyyətinə malik olduğunu və sözlərdən təsirləndiyini sübut etməyə çalışmışdı. Onun tədqiqatlarına görə, sevgi dolu və müsbət sözlər DNT zəncirindəki qırılmaları bərpa edir, söyüş və mənfi enerji isə genetik proqramı zədələyir. Bu, “sözün canı var” deyiminin elmi təzahürüdür. Biz fərqində olmadan danışdığımız hər bir sözlə həm öz taleyimizi, həm də gələcək nəslimizin genetik şifrəsini hazırlayırıq.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights