Bəybala Mirzəyev: -“Saxta “azəri” kimliyini ictimailəşdirməyə çalışanlar gizlənməyə yer axtaracaqlar”

-“Xalqımızı “Azəri” və ya “Azərlər” adlandırmağı təklif edənlər faktiki olaraq təxribatla məşğuldurlar”.

Siyasi şərhçi Bəybala Mirzəyev ELAZ.İNFO-ya müsahibəsində bildirib ki, “Farslar həm Güney azərbaycanlı soydaşlarımıza, həm də bizə hər zaman Türk deyiblər. Hətta ən qatı düşmənimiz olan ermənilər də bizi həmişə türk olaraq öz övladlarına tanıdıblar. Ancaq bizim içimizdəki anti-türklər isə, nədənsə, qondarma “azəri” adını israrla bizə sırımağa çalışırlar”.

B. Mirzəyev vurğulayıb ki, “Gün gələcək, dövlətimiz də tarixi Türk adımızın bərpası istiqamətində gərəkli addımları atacaq. Bax, onda bu gün saxta “azəri” kimliyini ictimailəşdirməyə çalışanlar ya gizlənməyə yer axtaracaqlar, yadaki buqələmun kimi cildlərini, rənglərini dəyişib hamıdan çox türkçülük etməyə başlayacaqlar”.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights