Elaz.info xəbər verir ki, III Şuşa Qlobal Media Forumuna qatıldığına və forum çərçivəsində ukraynalı jurnalist Dmitri Qordonla da görüşüb söhbət etdiyinə görə politoloq Sergey Markovu Kremldə çox ciddi sorğu-suala tutulub.
Bununla bağlı Bəybala Mirzəyev bildirib ki, “Kreml Sergey Markovu “məhşər” ayağına çəkməyə macal tapmamış, Z-blogerlər (Rusiyanın müharibə siyasətini təbliğ edən propaqandistlər) Şuşa mediaforumuna qatılmasına görə Rusiya rəhbərliyindən Sergey Markovun cəzalandırılmasını tələb edirlər”.
B. Mirzəyev vurğulayıb ki, “Sözügedən “müharibə qarğaları” (Z-blogerlər) Sergey Markovu İlham Əliyevə həddindən artıq dəstək verməkdə ittiham edir və onun “inoagent” (xarici agent) elan edilməsini istəyirlər.
Bloger Yuri Podolyaka isə biraz da irəli gedərək bildirib ki, Markov Azərbaycanda səsləndirdiyi fikirlərdən sonra “Rusiyada özünü bir politoloq kimi dəfn etdi”.
Politoloq onu da qeyd edib ki, “Z-blogerlər Markova qarşı həddindən artıq sərt və barışmaz mövqe tutublar. S.Markov isə öz növbəsində RTVİ-a açıqlamasında Şuşa mediaforumu kimi beynəlxalq tədbirlərdə çıxışları zamanı Rusiyanın maraqlarını müdafiə etdiyini, buna görə də daxildəki düşmənlərin, “Böyük Britaniya casusları”nın, “Zelenskinin maraqlarına xidmət edənlər”in onun belə tədbirlərdə iştirakını istəmədiyini bildirib.
Rusiyalı politoloq onu tənqid edən propaqandistləri “axmaqlar”, “marginal”lar adlandırıb”.
Bəybala Mirzəyevin fikrincə “Sergey Markov bəlkə də biraz dərindən araşdırsa, baxıb görər ki, həmin “axmaq”, “marjinal” blogerlərin, propaqandistlərin hamısı ona qarşı hücum təlimatını da əslində Londondan-flandan yox, elə Kremlin özündən alırlar”.
İlahə BAYINDIR