Yadigar Türkel, Politologiya (Açıqlamalarla sözlük, ya da milli kimlik dərsləri), Bakı, 2008, s. 168–171.
Sayğılı yurddaş! Unutma:
Sən etnik mənada Türksən, siyasi mənada isə Azərbaycansan.
Dilinin adı, düşmənlərin səni yadlaşdırmaq üçün ortaya atdığı “Azərbaycan dili” deyil, Türk dilidir.
Azərbaycan Respublikasında 10 milyondan çox azərbaycanlı vətəndaş yaşayır. Türk, rus, yəhudi, ukraynalı, gürcü, tatar, ləzgi, avar, talış, tat, saxur və digər xalqların nümayəndələri – hamısı siyasi anlamda azərbaycanlıdır.
200 ildir varlığımıza yeridilmiş ulusüstü siyasətlər, İslam adı ilə daxil edilmiş ərəbçilik ideologiyası, etnik Türk olan sənin düşüncəni çaşdırmış, səni özünü tanımayan, yurdsuz, mənə nə deyən, geridə qalmış bir topluluğa çevirmişdir.
Bundan yararlanan düşmənlər, babalarının torpaqlarını əlindən alır, səni yurdundan qovur.
Sən inkişaf etmək, irəli getmək, düşməni yerində oturtmaq əvəzinə, “mənə nə” deyərək çağdaş cəmiyyətə uyğunlaşmaq istəmirsən, yatırsan…
Oyan! Adını, kimliyini bil, yurdunu, ulusunu, elini, dilini qoru!
Bil: bəy ucalıqdır, beylik ucalıqdır. Bəy ol, uca ol ki, elin, ulusun sevinsin, yurdun – Azərbaycan Respublikası – ucalıb yüksəlsin!
Sənə bütün dünyada “Səni gördüm, bəy oldum!” – deyilsin!
Dediklərimi yaxşı anlayasan deyə, gündəlik həyatında qarşılaşdığın bir neçə “bəy” sözümə diqqət yetir:
Yurdun üstünə yağı gələndə onunla savaşan, bacardığını edən bəydir; qaçıb gizlənən, orda-burda alver edən, 1988-ci ildə Qarabağa “geniş profilli kişi həkimlər” əvəzinə 28-30 yaşlı neonatoloq qızları göndərənlər – quldur!
Adını politoloq, siyasətçi, geopolitik, nə bilim nə qoyub, AzTV-lərdə, “qəzetlərdə” ölkə vətəndaşlarını söyənlər – quldur,
Azərbaycanlıları demokratiyaya, çağdaşlığa, yüksəlişə çağıranlar, topluma azadlıq düşüncəsi və seçki mədəniyyəti aşılayanlar – bəydir.
1-Cİ SÖZARDI:
Yazını bitirdikdən sonra “Azadlıq” qəzetinə baxdım. Elnur Astanbəyli Türkiyəyə köçmüş Ağalar adlı bir “filosof”un “Hüseyn Cavid vaxtında repressiya edilməsəydi, dilimizi daha da zibilləyəcəkdi” deyərək etdiyi “quldurluğu” ifşa etmişdi… Sevindim!
Azərbaycan! Baba yurdum!
Demək ki, Mübariz İbrahimov kimi qəhrəman əsgərlərinlə yanaşı, Elnur bəyin dediyi kimi, “Günəşə küləş deməyən, dönməyən, ideoloji oğulların” da var!
Rus-erməni-sovet-mason bolşefaşizminin törəməsi olan, proletar düşüncəli, anti-demokratik, yolsuz rejim gedəcək!
Onun yerinə ilk seçkidə sənə bəy oğlu bəylər gələcək, səni azad, çağdaş, Nizami Gəncəvinin “ədalət dövləti” edəcək!
2-Cİ SÖZARDI:
Putin-Mutin tək indiki velikorus siyasətçilərinə qarşı Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli kimi bahadırların qurduğu azad və demokratik Azərbaycan Respublikası lazımdır,
Yoxsa “Mı Rosii neft kaçay-kaçay delayem, Rosiya nam revolyusiya kaçay-kaçay delayet” deyən Mir Bəşir Qasımovlar tək milli kimliyini itirmiş, agent-vliyanıya olan, soyulmuş, dağıdılmış Azərbaycan Respublikası yox!
Qardaşlar, bacılar!
Əl-ələ verib “velikorusizm”dən qurtulmalıyıq!
YADİGAR TÜRKEL
Hazırladı Natəvan BƏYDİLİ