Bəxtiyar Ersay Ordu generalı hərbi rütbəsinə yüksəldi

ELAZ.İNFO xəbər verir ki, Bəxtiyar Ersay Ordu generalı hərbi rütbəsinə yüksəldildi

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri, qardaş Türkiyə ordusunun şərəfli zabiti Bəxtiyar Ersayın Ordu generalı hərbi rütbəsinə yüksəldilməsi xəbəri qürurvericidir. Bu yüksək rütbə onun illərlə göstərdiyi fədakar xidmətin, peşəkarlığın, Vətən və millət sevgisinin layiqli qiymətidir.

Qardaş Türkiyə Silahlı Qüvvələrinin, eləcə də Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının güclənməsinə verdiyi töhfələrə görə Bəxtiyar Ersayın uğurları hər birimiz üçün nümunədir.

Yeni rütbəniz mübarək olsun, cənab Ordu generalı! Sizə sağlamlıq, yeni nailiyyətlər və şərəfli xidmət yolunda davamlı uğurlar arzulayırıq.

Əli İBRAHİMOV

Bizimlə oxuyun
Verified by MonsterInsights