Bəstəkar yad olunacaq

ELAZ.İNFOBAKI-O7.05.2025
ELAZ.İNFO xəbər verir ki, may ayının 19-da Bakı Opera Studiyasında Bəstəkar Tahir Əkbərin xatirəsinə həsr olunmuş konsert olacaq.                                                         

Bəstəkarın yad olunacağı bu konsertdə xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, Nazpəri Dostəliyeva, Gülyaz və Gülyanaq Məmmədovalar, əməkdar artistlər Könül Kərimova, Fərqanə Qasımova, Mətanət İsgəndərli, Arzu Əliyeva, populyar sənətkarlar Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Xatirə İslam, Leyla Rəhimova, Səbinə Ərəbli, Pərviz Rəhimov, Əlikram Bayramlı və başqaları çıxış edəcək.

Müğənniləri, Prezident mükafatçısı Rövşən Qurbanovun rəhbərliyi altında “Buta” ansamblı müşayiət edəcəkdir. Konsertin aparıcısı Emil Şahzadədir.

Esmira RƏHİMOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights