Bəşəriyyətin sivilizasiya daşıyıcıları

Bəşəriyyət yaranandan bu günə qədər çox az sivilizasiya daşıyıcıları vardır ki, nəsildəyişmə prosesində öz mövcudluğunu qoruyub saxlaya bilsinlər. Uzun illər qərb alimləri tərəfindən təhrif edilməsinə cəhd göstərilən Türk sivilizasiyası indi də özünün həyat sikllərini davam etdirir. Türk sivilizasiyası dünyanın ən

qədim sivilizasiyalarındandır. Sivilizoloqlar sivilizasiyaları müəyyən tarixi dövrü əhatə edən bir neçə nəsil üzrə təsnif edirlər. Məhz Türk sivilizasiyası Çin, Hind, İran sivilizasiyaları kimi birinci nəsil sivilizasiyalara aid edilir. Lakin tarix qəsdən saxtalaşdırılır, əksər Avropa tarixçiləri türk xalqlarının böyüklüyünü və qədimliyini təsdiq etmirlər, əksinə bilərəkdən təhrif edirlər. Bu nöqteyi–nəzərdən qeyd etmək lazımdır ki, qədim türk tarixi və mədəniyyətinin öyrənilməsi məsələsi bu gün qarşımızda duran problemlərdən biridir. Məhz Azərbaycan qədim türk sivilizasiyasının bir parçası olduğu üçün bu məsələ aktualdır və öyrənilməsinə ehtiyac vardır.

Tarixdə ən qədim xalqlardan biri olan türklər tarix boyunca orta Asya, Çin, Hindistan, Avropa və şərqi Avropada, nəhayət Anadoluda da məskunlaşmışlar. Çox zəngin bir kültürə və mədəniyyətə malik olan türklər hələ çox qədim dövrlərdə dünyanın bir çox mədəniyyətləri ilə tanış olmuş, bu kültürlərlə qaynayıb qarışmışdır.

Zülfiyyə NOVRUZOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights