-“Bəli, pərəstiş var idi, amma şəxsiyyət də var idi axı”

ELAZ.İNFO xəbər verir ki, 1956-cı ildə SSRİ-də Stalinin şəxsiyyətinə pərəstiş kəskin tənqid ediləndə yazıçı Mixail Şoloxov (1965-ci ildə Nobel mükafatı alıb), güman ki, Xruşovu nəzərə alaraq, demişdi:

“Bəli, pərəstiş var idi, amma şəxsiyyət də var idi axı.”

Stalinin şəxsiyyətinə pərəstiş xarici və daxili, o cümlədən partiyadaxili mübarizədən qalib çıxması, dünyada ilk fəhlə-kəndli dövlətini nəinki qoruması, onu görünməmiş sürətlə inkişaf etdirməsi fonunda azı 10 ilə formalaşmışdı. ABŞ-da Trampın şəxsiyyətinə pərəstiş 1 ay ərzində formalaşdı. Stalinə deyilməyən təriflər Trampa deyilir.

Ən maraqlısı isə budur ki, heç şəxsiyyət də yoxdur axı.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights