Urmu gölünün taleyi artıq sadəcə bir ekoloji məsələ deyil, milli şərəf və qeyrət məsələsidir. Bu göl minillərdir Azərbaycan Türklərinin varlığını, mədəniyyətini, həyat tərzini özündə əks etdirən müqəddəs bir dəyərdir. Bu gün isə gözlərimizin qarşısında qurudulur, xalqımız isə sükutla tamaşa edir.
Tarix heç vaxt bağışlamaz. Bir millət öz gölünə, öz torpağına, öz gələcəyinə sahib çıxmırsa, gələcək nəsillərin yaddaşında “xəyanətkar və damarsız” bir nəsil kimi qalacaqdır.
Uyarı
Əziz soydaşlar, bu gün biz susduqca, sabah məzar daşlarımızda doğum və ölüm tariximizin yazılması mənasız olacaq. Çünki gələcək nəsillər bizə nifrətlə baxacaq və deyəcək: “Urmu gölü can verəndə siz susdunuz, siz biganə qaldınız.”
Bunun qarşısını almaq bizim əlimizdədir. İndi hər bir insan bu faciəyə qarşı səsini qaldırmalı, təşkilatlanmalı, milli mübarizəni gücləndirməlidir. Urmu gölünü qorumaq – Güney Azərbaycanın milli istiqlalının ilk sınağıdır.
Nəticə
Urmu gölü qurtarılmasa, bu millətin yaddaşı da, gələcəyi də quruyacaq. Tarix bizi bağışlamayacaq. Gələcək nəsillər qarşısında üzümüz ağ olsun deyə, bu gün ayağa qalxmaq məcburiyyətindəyik.
Rıza Qaraçay