Azyaşlı qız evdən çıxdı, amma geri dönmədi

ELAZ.İNFO xəbər verir ki, Qaradağ rayonunun Sahil qəsəbəsi sakini Ruhiyyə Qasımova itkin düşüb. İtkinin anası Gültəkin Qüddəsərova bildirib ki, qızı bu ilin aprel ayının 5-də evdən çıxıb, lakin geri dönməyib. Ana bildirib ki, ona çatan xəbərlərə görə qızı Tovuz rayonundadır.

Qızının axtarılıb tapılması ilə bağlı aidiyyatı orqanlardan kömək istəyən Gültəkin Qüddəsərova vurğulayıb ki, onun qızı Ruhiyyə Qasımova 2009-cu il təvəllüdlüdür. Məlumatı Daxili İşlər Nazirliyi də təsdiqləyib.

Aydan ŞƏRBƏTOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights