Aztəminatlı ailələrə müjdə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə mühüm sərəncam imzalayıb. Bu qərar bayram ərəfəsində on minlərlə ailənin sevincinə səbəb olub.

ELAZ.İNFO xəbər verir ki, Sərəncama əsasən, birdəfəlik maddi yardım 2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrə şamil edilir.Ölkə üzrə 76 000 aztəminatlı ailə təxminən 335 200 nəfər ailə üzvü hər bir ailə üçün 200 manat alacaq.Dövlət başçısının sərəncamı ilə bu məqsədlər üçün dövlət büdcəsindən ümumilikdə 15,3 milyon manat vəsait ayrılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən məlumata görə, vəsaitlər ailələrin ünvanlı sosial yardım üçün istifadə etdikləri bank hesablarına köçürüləcək.Yardımların paylanması prosesinin bayram günlərinə qədər tamamlanması nəzərdə tutulur. Vətəndaşlar bu vəsaiti 30 dekabr tarixinədək bank kartları vasitəsilə əldə edə biləcəklər.Qeyd edək ki, aztəminatlı ailələrin rifahının yaxşılaşdırılması istiqamətində digər addımlar da davam edir. Belə ki, 2025-ci il üçün ehtiyac meyarının həddi artıq 285 manata çatdırılıb, gələn il isə bu rəqəmin 300 manat olması planlaşdırılır.

Ruslan MƏMMƏDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights