AZƏRTAC- 106

Müstəqil Azərbaycanın informasiya məkanında mühüm yer tutan Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-ın yaradılmasının 106 illiyi tamam olur. Bu münasibətlə agentliyin bütün kollektivini ELAZ.İNFO olaraq təbrik edirik.

1919-cu ildə əsası qoyulan AZƏRTAC, ötən əsrin çətin və keşməkeşli dönəmlərində Azərbaycanın səsinin dünya ictimaiyyətinə çatdırılması missiyasını uğurla yerinə yetirib. Uzun illər ərzində agentlik ölkəmizin ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında baş verən hadisələri operativ və dəqiq şəkildə işıqlandıraraq, Azərbaycan jurnalistikasının inkişafında mühüm rol oynayıb. Müstəqillik dövründə AZƏRTAC öz fəaliyyətini daha da genişləndirərək beynəlxalq informasiya məkanında öncül mövqelərdən birini tutub. Bu gün AZƏRTAC yalnız milli xəbər agentliyi deyil, eyni zamanda qlobal informasiya axınında etibarlı mənbə, beynəlxalq jurnalist təşkilatlarının fəal üzvü və dünya informasiya bazarında nüfuzlu tərəfdaşdır. Agentlik Azərbaycanın haqq səsini, dövlətimizin uğurlarını, Qarabağ həqiqətlərini və ölkəmizin strateji maraqlarını beynəlxalq ictimaiyyətə çatdırmaqda əhəmiyyətli rol oynayır.

AZƏRTAC-ın peşəkar kollektivi informasiya sahəsində daim yeniliklərə imza atır, müasir texnologiyalar və media trendləri ilə ayaqlaşaraq geniş oxucu auditoriyasına dəqiq, obyektiv və operativ məlumatlar təqdim edir. 44 günlük Vətən müharibəsi dövründə agentliyin göstərdiyi fədakarlıq, qərəzsiz və operativ xəbər xidməti, Azərbaycanın informasiya cəbhəsində qazandığı uğurlar, ölkənin milli maraqlarının qorunmasında AZƏRTAC-ın mühüm rol oynadığını bir daha sübut etdi.

Bu əlamətdar gündə AZƏRTAC-ın bütün əməkdaşlarına möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları, fəaliyyətlərində davamlı inkişaf və nailiyyətlər arzulayırlq. Sizin əzmkar və fədakar əməyiniz sayəsində AZƏRTAC daim ölkəmizin informasiya bayraqdarı kimi yüksəlməyə davam edəcəkdir!

106 illik yubileyiniz mübarək!

Əli İBRAHİMOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights