Əli Əsədov: -“Azərbaycanda TDT əməkdaşlığı önəmlidir”

ELAZ.İNFO xəbər verir ki, Baş nazir Əli Əsədov Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələrinin baş nazirləri və vitse-prezidentlərinin Bakı görüşündə bildirib ki, “Türk Dövlətləri Təşkilatının bugünkü inkişaf səviyyəsi üzv ölkələrin dövlət başçılarının məqsədyönlü siyasətinin və qətiyyətli iradəsinin nəticəsidir“.

Əli Əsədov daha sonra qeyd edib ki, “Məhz onların ardıcıl səyləri Təşkilat çərçivəsində əməkdaşlığın ildən-ilə daha da dərinləşməsini və türk dünyasında həmrəyliyin möhkəmlənməsini təmin edən əsas amildir. 2025-ci ilin noyabr ayında UNESCO tərəfindən 15 dekabr tarixinin Dünya Türk Dili Günü elan edilməsi Türk dünyasının artan beynəlxalq nüfuzunun mühüm göstəricilərindən biridir. Bu gün Türk dövlətləri arasında siyasi, iqtisadi, nəqliyyat-tranzit, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya, humanitar və bir çox digər sahələrdə əlaqələrin inkişafı üçün mühüm imkanlar mövcuddur. Prezident İlham Əliyevin söylədiyi kimi, Türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərindən biridir”.

Aydan

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights