Azərbaycan xalqı dövlətsiz qalandan sonra başına gələnlər

ELAZ.İNFO

31 mart Azərbaycanlıların soyqırım günüdür. Azərbaycan xalqı dövlətsiz qalandan sonra başına gətirilən soyqırımlar, qırğınlar, faciələr çox olub. Bunların sayı o qədər çoxdur ki, ən qısa şəkildə adlarını çəkim ki, bütün şəhidlərimizin ruhları şad olsun! 1918 ci il Çilovluq Soyqırımı. Şəhidlərn sayı 500 min nəfər. Cənubi Azərbaycanın Urmiya, Səlmaz, Xoy şəhərlərində olub. 1918 ci ildə Quba soyqırımı. 10 minlərlə azərbaycanlı şəhid olub. 30 mart-3 aprel soyqırımı. Bu soyqırım Bakı şəhəri, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqəbul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan Şəhərlərini əhatə edib. Tək Bakıda 12 min və digər rayonlarda 30 min azərbaycanlı şəhid olub. İrəvan soyqırımı. İrəvan və ətraf rayonlardan törədilib. 1917-1920 ci illər. 600 min azərbaycanlı şəhid edilib. 12 Azər Soyqırımı. Dekabr 1946 il. Güney Azərbaycan Milli hökumətinə qarşı törədilib. 25 min azərbaycanlı şəhid edilib. İran Rza “şah” sülaləsi törədib. Güney Azərbaycan hökuməti qan içində boğulub. Mehtər Rzanı “şah”edən güclərin yardımılə. Sulduz soyqıırıçı. 1979 Güney Azərbaycanda. Kürdüstan ” demokrat”ik” partiyası törədib. 80 min azərbaycanlə şəhid edilib. Qudark soyqırımı. Noyabr 1988 il. 215 azərbaycanlı şəhid edilib. Ermənistan SSR törədib. 20 Yanvar 1990 il soyqırımı. 167 azərbaycanlə şəhid edilib. Sovet ordusu törədib. Malıbəyli, Quşcular kənləri və Şuşa soyqırımı. 50 azərbaycanlı şəhid edilib. Ermənistan ordusu törədib. 17 fevral 1992 ci il Xocalı rayonu Qaradağlı kənd soyqırım. 90 azərbaycanlı şəhid edilib. Rus ordusu, 366 aıayı törədib. Xocalı soyqırımı. 26 fevral 1992 il. 613 azərbaycalə şəhid edilib. Ermənistan və Rus ordusu törədib. Ağdaban soyqırımı. 8 avqust 1992 ci il. 67 azərbaycanlə şəhid edilib. Ermənistan ordusu törədib. Ballıqaya Soyqırımı. 28 avqust 1992 ci il. 24 azərbaycanlə şəhid edilib. Erməni ordusu törədib. Başlıbel Soyqırımı 2 aprel 1993 cü il. 27 azərbaycanlı şəhid edilib. Erməni ordusu törədib. 2006 cı ildə İranda baş verən karikatura qalmaqalında şəhid olan azərbaycanlılar. Güney Azərbaycanda, İranda millətci rejim tərəfindən törədilib. Azərbaycan xalqının başına gətirilən bütün soyqırımlar hamısı dövlətimizin olmadığı və ya çox zəif olduğu halda vaş verib. Ona görə də tək bu soyqırımlar tarixinə qısa baxanda belə aydın olur ki, DÖVLƏTSİZ XALQ YETİM UŞAQDAN DA PİS, KÖMƏKSİZ OLUR! Ona görə də br daha xalqımızın başına fəlakətlərin, qırğınların, soyqırımarın gəlməməsi üçün, gərək hər birimiz dövlətimizin, prezidentimizin ətrafında birləşək! Xalqımızın başına soyqırımları ruslar, ermənilər, millətci fars rekimi və onların yardım etdiyi Assorlar və Kürdlər törədib. Bizə qarşı soyqırım törədənlərin varisləri yenə də bizə qonşudur və yenə də iddialarla siyasəət aparmaqdadır! Bu syasətin xarici görnüşü dəyişsə də, mahiyyəti qalmaqdadır. Bizə qarşı hücumlar müxtəlif yumşaq hibrit formalarda olsa da, hətta bizimlə “müttəfiq” olsalar da, bizim içmizdə xalqımızı dövlətə qarşı qoymaq istəyində də ola bilər. Yəni bu qüvvələr hər an dövətimizin zəifləməsini, yox olmasını istəyirlər. Ona görə də bütün 60 milyonluq dünya azərbaycanlıları bir yumruq kimi Azərbaycan dövləti və prezidenti ətrafında birləşməlidir! Azərbaycan dövlətini daim müstəqil və qüdrtli, güclü etməkiyik! Qütübləşən və yeni qurulan dünya nizamı prosesində bütün Türk dünyası xalqlarının haqlarını, hüquqlarını etibarlı qorumaq üçün Türk Dövlətləri Təşkilatını daim gücləndirib, beynəlxalq səviyyədə güc mərkəzinə çevirməliyik! Allah bütün şəhdlərimizə rəhmət etsin! Şəhidlərimizin ruhunu şad edək, birliyimizi, dövlətimizi daim gücləndirək!

Tahir Ələkbərov

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights