İran adlı fars millətci dövlət, ingilis cəsuslarının köməyi ilə 1925 çi ildən yaradılıb. 1925 çi ildən 1936 çi ilə qədər Qacarlar dövlətinin adını dəyişib “Birləşmiş əyalət”lər kimi federasiya şəklində qoymuşdular. Daha sonra İngilis ağası əmr etdi Rza “şah” da bir fərman verdi və ilk dəfə rəsmi olaraq dövlətin adını “İran” kimi qoydular. Rza “Şah,” sülaləsi İngiltərənin və ABŞ-in rəqibi olan Rusiya ilə müttəfiq olmaq istədiyinə görə bu sülaləni ölkədən qovdular. Və əvvəlcədən hazırladıqları Xomeynini ölkəyə gətirdilər. Beləliklə bu dəfə də Qacarlar dövləti oldu “İslam” dövləti. (1979) Əslində mahiyyət dəyişmədi. Bu fars millətçi rejim yenə də İngiltərə, ABŞ güc mərkəzinin təsir zonasında olub, bir “alət” dövlət olaraq qalırdı. Daha sonra yenə də ölkədə Rusiya öz geosiyasi diplomatiyası ilə İran fars millətçi rejimi öz təsir zonasına sala bildi. Yəni ABŞ, İngiltərə və qərbin rəqibi yenə də İranın içində öz təsir vasitələrilə işlər görərək bu fars millətçi rejimi yenə öz təsiri altına sala bildi. Demək ABŞ və İngiltərənin yaratdığı İran adlı millətçi rejim olan “alət”, yenə də Rusiyanın təsiri altına düşdü. Buna görə də ABŞ uzun illər İranı iqtisadi təzyiqlərlə, müxtəlif sanksiyalarla zəiflətmək siyasəti apardı. Yaratdığı İran adlı fars millətçi rejim artıq Rusiyanın yardımı ilə nüvə silahını yaratmağı gerçək vəziyyətini görəndə ABŞ daha buna dözə bilməzdi. Ona görə də ABŞ və İsrail birlikdə İrana hücum etdi. ABŞ-ın məqsədi ya İran millətçi rejimi dəyişmək, ya da bu rejimi onunla dost ola biləcək bir vəziyyətə gətirməkdir. Yəni bu gün ABŞ, İran fars millətçi rejimi yenə də ABŞ, İngiltərə, qərb güc mərkəzinin təsir zonasında olmasını istəyir. Sözsüz ki, bunu Rusiya qəti istəmir və buna qarşı daim mübarizə aparır. Rusiya və Çin İrana hər cür yardım etməyə çalışır ki, ABŞ dünya hökmranlığına, dünyanın tək qütüblüyünə nail ola bilmədin. İran raketlərinin dəqiq zərbələrinin kordinasiyaları Rusiya yardımları ilə ola bilməsi mümkündür. Rusiyanın “Palitico” nəşriyyatının məlumatına görə ABŞ prezidenti D.Tramp Rusiya prezidenti V.Putinlə telefonla sözləşib. Yəni Rusiya İrana raketlərin dəqiq zərbələri üçün kordinasiya verməkdən imtina edir, ABS-da Ukraynaya silah yardımlarından imtina edir. Bax belə. İranda farsların fəxr etdiyi müasir İran fars millətçi “dövlət” belə yaranıb və bu gün düşdüyü vəziyyət də belədir. Rusiya ilə ABŞ, İngiltərə, qərb İranda, bu rejim üstündə müharibə aparır. İran hadisələrinin mahiyyəti budur. Bu qədər sadə məntiq. Sadəcə İranda İslam dininə bağlı olan saf qəlbli insanların dini hisslərindən bu iki geosiyasi güc öz maraqları üçün istifadə edirlər. Bax bunlar İranda baş verən hadisələrin mahiyyətidir, baş vermə səbəbidir. Qalan butun deyilən sözlər və göstərilənlər hamısı əsas məqsədi gizlətmək üçün bəhanələrdir. Yəni əsas məqsədi gizlətmək üçün yaxşı maskadır. İran o zaman tam azad və müstəqil olacaq ki, və İran o zaman ABŞ-la da, İsraillə də, Rusiya ilə, Çinlə və bütün dövlətlərlə dost və etibarlı müttəfiq olacaq ki, İranda əhalinin 53%-ni təşkil edən Azərbaycan Türkləri hakimiyyətlərini yenidən bərpa etmiş olsun!