ELAZ.İNFO, BAKI, 03.06.2025.
ELAZ.İNFO xəbər verir kİ,milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” marşrut şəbəkəsini genişləndirərək iyunun 15-dən Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslərə başlayacaq.
Bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək.
Təbriz tarixi keçmişimizi özündə saxlayan,dövlətçilik mərkəzi, memarlıq abidələri, muzeyləri və zəngin mədəni irsi ilə tanınır.
Biletlər artıq satışa çıxarılıb.
Aysun Nəcəfova