ELAZ.İNFO-ya dalana dirənmiş Zəngəzur dəhlizi ilə bağlı danışan iqtisadçı alim Ağasəf İmran bildirib ki, Zəngəzur dəhlizi 42 kilometrdir. Fikrimcə, bu elə də böyük məsafə deyildir. Mən təklif edirəm ki, Zəngəzur dəhlizinin adını dəyişək –Zəngəzur tuneli adı ilə əvəzləsin və Zəngəzur tuneli inşa edilsin. Konkret olaraq ad isə beynəlxalq müstəviyə Azad Keçid Tuneli olaraq təqdim edilsin”.
Alim söyləyib ki, “Tunel prinsipi reallaşdırıldığı təqdirdə heç bir ölkə bura nəzarət edə bilməz. Yalnız texniki nəzarət üçün texniki komissiya yaratmaq olar və bu da iqtisadi əməkdaşlıq çərçivəsində 2 tərəfin –Azərbaycan və Ermənistanın nəzarətində fəaliyyətə götürülə bilər”.
Ağasəf İmran sonda onu da vurğulayıb ki, “Azad iqtisadi zona yaratmaq üçün bu təklif çox sərfəlidir”.
İlahə BAYINDIR