Azad Göy qurşağı qalaktikasından xəbərlər

ELAZ.İNFO xəbər verir ki, Almaniya millisinin və İngiltərənin “Fulhem” futbol klubunun, “Arsenal”ın sabiq qapıçısı, 2025-ci il İngiltərə Kubokunun qəhrəmanı Bernd Leno LGBTQ+ ictimaiyyətini təhqir etdiyinə görə istintaq altındadır…

Təhqir nədən ibarət olub?

Instaqram-da süni intellektlə yaradılmış bir videoda avtomobil Qürur paradı (LGBT paradı – qüruru da gözdən salırlar) iştirakçılarının üstünə sürülür. Bu video GTA oyununu imitasiya edir. Videoda deyilir: “GTA 6-da Qürur paradları olacaq. Oyuna girən kimi bunu edəcəyəm”.

Leno bu videonu “layk” etmişdi. O, necə ağır cinayət işlətdiyini başa düşən kimi “layk”ını sildi. Həmin video da tezliklə silindi. Lakin LGBTQ+ aşiqləri elə bir hay-küy qaldırdılar ki, Almaniya polisi Leno ilə bağlı təhqiqata başladı. Yəqin ki, digər laykverənlər də silisə çağırılır…

Deməli, GTA-da istədiyin sosial qrupa mənsub adamı öldürə, doğraya, üstündən tankla keçə bilərsən, amma bunu LGBT nümayəndəsinə qarşı etsən, qanun qarşısında cavab verməli olacaqsan.

Əsl tolerantlıq belə olar!

Asif ŞƏFƏQQƏTOV

Bizimlə oxuyun
Verified by MonsterInsights