Azad edilmiş ərazilərdə daha 132 mina, 683 PHS aşkarlanıb

ELAZ.İNFOBAKI, 26.05.2025.

ELAZ.İNFO xəbər verir ki,İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (19.05.2025 – 25.05.2025) açıqlanıb.

Elaz.info APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 80 piyada əleyhinə mina, 52 tank əleyhinə mina, 683 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 798,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Elaz.info

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights