-“Azərişıq çoxdandır ona ziyan vurur”

Salyan rayon Yenikənd kəndindən kiçik sahibkar Adilə Məmmədova ELAZ.İNFO-ya şikayət edərək bildirib ki, “Azərişıq çoxdandır ona ziyan vurur. Bu barədə dəfələrlə ərazi nəzarətçilərini məlumatlandırsa da, heç bir nəticə olunmayıb”.
A. Məmmədova qeyd edib ki, “sonuncu dəfə ona ümumi maddi-mənəvi 2000 manatdan çox zərər dəyib. Bu barədə Azərişığın 199 qaynar xəttinə 09.07.2025 tarixində bir dəfə, 12.07.2025 tarixində 2 dəfə, 13.07.2025 tarixində 4 dəfə zəng vursa da, o tarixdən bu günə heç bir tədbir görülməyib”. Abonent bildirir ki, “hər dəfə zəng edəndə operatorla əlaqə saxlamaq üçün ən azı 35 dəqiqə xəttdə gözləməli olur”.

Abonent dəfələrlə xəbərdarlıq edib ki, “müraciətimə baxmasanız çadır qurub prezident aparatının qarşısında tək nəfərlik aksiya keçirəcəm, bütün mediya nümayəndələrinə məlumat verəcəm ki, prezident sahibkarlığa dəstək olduğu təqdirdə siz niyə sahibkarı boğursunuz?”

Bunlara baxmayaraq, Azərişıq hələ də abonentin nəinki problemini həll edib, heç maraqlanmayıb da. Bununla bağlı telefonla Salyan işıq idarəsi ilə əlaqə saxlasaq da problemdən xəbərsiz olduqlarını dedilər. Bəs görəsən 199 çağrı mərkəzi nə üçün yaradılıb? Millətə xalq mahnılarını unutdurmamaq üçün, yoxsa millət saatlarla telefon xəttində gözlədib infarkt etmək üçün?

Salyan elektirik şəbəkəsi ilə əlaqə saxlasaq da heç bir nəticə əldə edə bilmədik. Əvəzində isə Əjdər Mikayılov sərt şəkildə “QANUN çərçivəsində” mətbuat katibi Vaqif Aydınoğluna müraciət etməyimizi təklif etdi.
Görünür ki, 2018-ci il hadisələri unudulmaqla yanaşı Cənab prezidentin sahibkarlara dəstək, “hər bir məmur vətəndaşa xidmət üçün vəzifədədir, kresloda oturmaq üçün yox” sözləri Azərişığa yaddır.

A. Məmmədova sonda yazıb ki, cənab Prezident məmurların özbaşınalığı ilə bağlı ona siqnal ötüməyimizi istəmişdi. Ümİd edirəm ki, sizin ELAZ.İNFO- Onlayn xəbər portalı vasitəsilə prezidentimə, cənab nazirə siqnal ötürmüş olacam”.

Ruslan MƏMMƏDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights