ELAZ.İNFO xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun rəhbərlik edəcəyi deputatlardan ibarət qrup Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının 23-cü iclasına qatılmayacaq.
Səbəb olaraq Rusiya Federasiyasının Yekaterinburq şəhərində bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı etnik zəmində nümayişkaranə, məqsədli və mühakiməsiz şəkildə qətl və zorakılıq əməllərinin həyata keçirilməsi və son dövrdə bu kimi halların mütəmadi xarakter daşıması göstərilib.
Qeyd edək ki, məlumatı Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi yayıb.
Günel GÜNTAC