ELAZ.İNFO, BAKI, 03.06.2025.
ELAZ.İNFO xəbər verir kİ,Xantı-Mansiysk Muxtar Dairəsinin (XMAO) Dumasında təmsil olunan azərbaycanlı deputat Xalid Tağızadə miqrantlarla bağlı qalmaqallı çıxışından sonra Rusiyanı tərk edib. Siyasi dairələrdə onun ölkədən qaçdığı və Azərbaycana getdiyi barədə məlumatlar yayılıb.
ELAZ.İNFO bildirir ki.deputat parlamentdə Orta Asıyalıların nəfinə çıxışı zamanı “özbəklər Yuqranı öz tarixi vətənləri kimi görürlər” fikrini səsləndirib.
Tağızadə bildirib ki, Yuqra və Tümen vilayətinin bir hissəsi tarixi baxımdan Sibir xanlığına məxsus olub və sonuncu hökmdar Xan Küçüm Buxara xanlığından çıxmış özbək Şeybanilər sülaləsinə mənsub olub. Bu səbəbdən bəzi miqrantların bölgəyə “öz tarixi torpaqları” kimi yanaşmasının mümkünlüyünü qeyd edib.
Çıxışı Xalid Tağızadəni yuxarı dairələrdə şübhəli qisminə salıb.Tağızadə üzr açıqlamasında belə deyib:
“Yuqranın miqrantlar üçün cəlbedici olmasının səbəbləri barədə fərziyyə irəli sürdüm. Qəti hökm deyildi. Təəssüf ki, fikirlərim birmənalı qarşılanmadı. Bunun üçün üzr istəyirəm”.
Tağızadənin rəsmi təsdiq olmasa da,hazırda Rusiyada olmadığı ehtimal olunur
Natəvan BƏYDİLİ
