Azərbaycanlı bəstakar Detmoldda konsert proqramı ilə çıxış etdi

ELAZ.İNFO, BAKI, 13.05.2025.

ELAZ.İNFO xəbər verir ki, Almaniyanın Detmold şəhərində azərbaycanlı bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Zeynalova yerli tamaşaçılar önündə konsert proqramı ilə çıxış edib.

Kristuskirche” kilsəsində keçirilən konsertdə bəstəkarın özü canlı olaraq orqanda “Ay Dilbər” (3 Azərbaycan xalq mahnısı əsasında yazılmış 3 hissəli əsər), “Ay Laçın” (Azərbaycan xalq mahnısının ansambl və solistlər üçün müəllif işləməsi) və “Ave Maria” əsərlərini ifa edib.

Məlumat üçün qeyd edək ki, “Ave Maria – Demokratiya, Tolerantlıq və Sülh üçün” konsepti ilə gerçəkləşən konsertin məqsədi xalqlar və dövlətlər arasında birliyin, bərabərliyin, dostluğun-qardaşlığın tərənnümü olub.

Bəstəkarı “Bridge of Sound” ansamblı müşayət edib.

Günel GÜNTAC

Bizimlə oxuyun
Verified by MonsterInsights