Azərbaycanla artan müdafiə əlaqələrindən qürur duyuruq

ELAZ.İNFO xəbər verir ki, Britaniya səfiri Fergus Auld qeyd edib:Britaniya-Azərbaycan Strateji Tərəfdaşlığının əsas sütunu müdafiədir. 

Bu barədə Britaniya səfiri Fergus Auld “X”-də bildirib.

Səfir Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerlə birlikdə Azərbaycan Prezidenti ilə görüşməkdən və müdafiə sahəsində gələcək imkanları müzakirə etməkdən məmnunluğunu ifadə edib.

“Britaniya il ərzində əldə edilmiş irəliləyişi alqışlayır və Azərbaycanla artan müdafiə əlaqələrindən qürur duyur”, – diplomat qeyd edib.

N.B

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights