ELAZ.İNFO xəbər verir ki, Azərbaycan və Amerika arasında ticarət əlaqələrinin genişləndirilməsini özündə ehtiva edən görüş keçirilib.
Mikayıl Cabbarov bunu “X” sosial şəbəkəsində hesabında bildirib.
“Prezident İlham Əliyevin Amerikaya işgüzar səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə birlikdə Amerikanın İxrac və İdxal Bankının (EXIM Bank) prezidenti və sədrinin baş müşaviri Dan Neqreanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük. Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı və şaxələndirilməsi sahəsində əldə olunan nailiyyətləri vurğuladıq. Ölkə iqtisadiyyatında yüksək əlavə dəyər yaradan sahələrin inkişafı və xarici tərəfdaşlarla əlaqələrin möhkəmləndirilməsi üçün açılan yeni perspektivləri qeyd etdik. Azərbaycan və Amerika arasında ticarət əlaqələrinin genişləndirilməsini dəstəkləyən alətlərin tətbiqi imkanları və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində gələcək addımlar barədə fikir mübadiləsi apardıq”, – deyə o qeyd edib.
Aydan