ELAZ.İNFO xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın fevral sayına əsasən, 2026-cı ilin yanvar ayında Azərbaycanın qeyri-neft ixracında ciddi dəyişikliklər müşahidə olunub. Siyahıya 33 milyon dollarla qızıl başçılıq edir. Qızıl: 33 milyon dollar (ötən ilin eyni dövrü ilə müqayisədə 56,4% artım). Meşə fındığı (qabığı təmizlənmiş): 29,3 milyon dollar. Təzə xurma: 22,3 milyon dollar. Azərbaycanın qeyri-neft məhsullarını ən çox aldığı ölkələr və ötən illə müqayisədə dinamika aşağıdakı kimidir:
Rusiya: 77 milyon dollar (5% azalma). İsveçrə: 38,6 milyon dollar (74% kəskin artım). Gürcüstan: 31,6 milyon dollar (19,2% artım). Türkiyə: 31,5 milyon dollar (15,1% azalma). Ukrayna: 15,2 milyon dollar (30,3% azalma).
Qeyd edək ki, İsveçrəyə ixracın 74% artması birbaşa olaraq qızıl satışının yüksəlməsi ilə əlaqədardır. Rusiyanın liderliyi qalsa da, ixrac coğrafiyasının şaxələnməsi ölkə iqtisadiyyatı üçün müsbət siqnal hesab olunur.
Ruslan MƏMMƏDOV